Yanacaqdoldurma mətəqəsində qəza – “QAİ” maşını əzildi

Bu gün Nobel prospektində "İST Petrol" yanacaqdoldurma məntəqəsində qəza baş verib. Yanacaqdoldurma məntəqəsinin texniki baxış xidmətindən istifadə etmək üçün gələn Dövlət Yol Polisinə məxsus 469 tanınma nömrəli maşın təmir üçün yerdən qaldırılarkən düşərək əzilib.

Xoşbəxtlikdən bu baş verərkən hadisə yerində təmirçilər olmayıb. Yol polisi əməkdaşlarına məxsus maşının ciddi xəsarət aldığı və istifadəyə yararsız hala düşdüyü bildirilir.

Elnur
AzNews.az