Maşın 90 yaşlı kişini vurdu

Quba –Xaçmaz yolunun 1-ci kilometrliyində ölümlə nəticələnən qəza hadisəsi baş verib. 90 GV 445 nömrə nişanlı "Mercedes" in sürücüsü 23 yaşlı İlqar Şıxbabayev yolu keçmək istəyən piyadanı vurub.

Quba rayon Polis Şöbəsinin müstəntiqi İbrahim Qədirov Aznews.az-a bildirib ki, qəza piyadanın ehtiyatsızlığı səbəbindən baş verib.
Şahidlərin sozlərinə görə, avtobusdan düşən 90 yaşlı Həbibulla Kərimov avtomobillərin hərəkətinə duqqət yetirmədən yolu keçmək istəyib.

Qəza nəticəsində Quba-Xaçmaz yolu 20 dəqiqə bağlı qalıb.

Ruhiyyə
Aznews.az