“Hummer“in qadın sürücüsü qəza törətdi

Bakıda qadın sürücü "Hummer" markalı avtomobili idarə edərkən yol qəzası baş verib. Hadisə yol polisi maşınının qarşısında baş verib. Yol polisi əməkdaşları baş verən qəzanı araşdırıblar.

Qeyd edək ki, 2013-cü il yanvarın 1-dən mart ayının 30-dək 251 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 75 nəfər ölüb, 272 nəfər isə xəsarət alıb.

Hadisələrin törədilməsinə, əsasən, sürət həddinin aşılması (49%), piyadaların vurulması (51%), ötmə-manevretmə qaydalarının pozulması (27 %), yolayrıclarını keçmə qaydalarının pozulması (18%) və digər qayda pozuntuları səbəb olub.

AzNews.az