İki nəfər özünü asdı: Bakıda

Bakıda intihar hadisələri baş verib. Hadisələrdən biri Sabunçu rayonunda qeydə alınıb. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Pirşağı qəsəbəsi Sovxoz küçəsi ev 32, mənzil-2 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Astarov Polad Abil oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə isə Şanqar qəsəbəsi, yeni yaşayış massivində yaşayan, 24 yaşlı Alim Musayev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


AzNews.az