Füzulidə qəza: ölən və yaralanlar var

Azərbaycanda 1 nəfərin ölümü və 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Tovuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Tovuz sakini Zaur Cəfərov idarə etdiyi "VAZ 21-06" markalı avtomobili yolun kənarındakı beton dirəyə vurub. Nəticədə xəsarət alan sürücü və sərnişinləri Mədət Əliyev, Gülnarə Məmmədova, Sovet Xudaverdiyev, onun həyat yoldaşı Xoşbəxt , oğlanları İslam və Orxan ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən Mədət Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

AzNews.az