Qaxda 82 yaşlı qadın qayadan yıxılaraq ölüb Qaxda 82 yaşlı qadın qayadan yıxılaraq ölüb

82 yaşlı qadın qayalıqdan çaya düşərək ölüb

Qaxda 82 yaşlı qadın qayadan yıxılaraq ölüb



Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun İlisu kəndində baş verib.

İlisu kənd sakini, 1931-ci il təvəllüdlü Camalova Kəlmət Tahir qızı qayadan yıxılaraq Kürmük çayına düşüb. Bir neçə saat köməksiz qalan Kəlmət Camalova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yaxınlarının və rayon hüquq-mühafizə orqanı əməkdaşlarının səyi nəticəsində K. Camalovanın meyiti çaydan çıxarılaraq ailəsinə təhvil verilib.

Hadisənin ehtiyatsızlıq baş verdiyi ehtimal edilir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az