Gələn il Bakı Metropolitenin yeni, «Bənövşəyi» xəttinin 2 stansiyası, 2016-cı ilə qədər olan müddətdə isə bu xəttin daha 3, mövcud «Yaşıl» xəttin isə ən azı 3 stansiyası istifadəyə veriləcək Gələn il Bakı Metropolitenin yeni, «Bənövşəyi» xəttinin 2 stansiyası, 2016-cı ilə qədər olan müddətdə isə bu xəttin daha 3, mövcud «Yaşıl» xəttin isə ən azı 3 stansiyası istifadəyə veriləcək

Daha 8 yeni stansiya istifadəyə veriləcək

Gələn il Bakı Metropolitenin yeni, «Bənövşəyi» xəttinin 2 stansiyası, 2016-cı ilə qədər olan müddətdə isə bu xəttin daha 3, mövcud «Yaşıl» xəttin isə ən azı 3 stansiyası istifadəyə veriləcək



Bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov elektromexanika xidmətinin kollektivi ilə görüşündə bəyan edib.

T.Əhmədovun sözlərinə görə, hazırda inşa olunan "Həzi Aslanov-2" - "Yeni Günəşli" sahəsini tam olaraq "Yaşıl" xəttin qatar hərəkəti dövriyyəsinə qoşmaq üçün tezliklə "Xətai" stansiyasından başlamaqla daha bir istiqamətdə tikintinin başlanması reallıqdır.

Bundan əlavə, daha iki deponun inşasına başlanılıb və bu işlərin yekununda metropolitendə daha bir xidmət - sərnişin qatarları xidməti təşkil olunmalıdır.

Qeyd edək ki, mövcud olan "Yaşıl" xətt "Xətai" və "Dərnəgül", "Qırmızı" xətt "İçərişəhər" və "Həzi Aslanov" stansiyalarını birləşdirir. Tikilən "Bənövşəyi" xəttin isə Bakı Beynəlxalq Avtovağzalından Qaraçuxur qəsəbəsinə qədər çəkilməsi nəzərdə tutulur.(apa.az)

AzNews.az