Bakının şimal çıxışı genişləndiriləcək

Nəqiliyyat Nazirliyi Şamaxinka (Bakının şimal çıxışı) adı ilə tanınan ərazidən Xirdalan dairəsinə qədər olan avtomobil yolunun genişləndirilməsi ilə bağlı layihə hazırlayır

Trend-in məlumatına görə, bu barədə cümə axşamı nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında bildirib.

"Biz görürük ki, yolda yüklənmə problemi var və artıq bu istiqamətdə işlərə başlanılıb. Bu ərazidə nəqliyyat axının rahatlığını təmin etmək məqsədilə bizdə onun genişləndirilməsi ilə bağlı layihə var. Orada körpülər, yol ayrıcları olacaq", -Pənahov bildirib.

Onun sözlərinə görə, layihə büdcə tərəfindən maliyyələşdiriləcək.

AzNews.az