- Köhnə - Hadisə
- 2 May 2013 10:52
- 1 606
“NİDA“çının həbsi iki ay artırıldı
Vəkil Fariz Namazlının Musavat.com-a verdiyi məlumata görə, məhkəmə Məmməd Əzizov haqqında seçilmiş həbs-qətiimkan tədbirinin müddətini daha iki ay uzadıb.
Qeyd edək ki, "Nida" Vətəndaş Hərəkatının 7 üzvü - Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov həbs olunub. Beynəlxalq "Amnesty İnternational" təşkilatı gəncləri vicdan məhbusu elan edib.
AzNews.az