“Mitsubishi Pajero” yanaraq kül oldü

Bu gün saat 12:10 radələrində maşın bazarı yaxınlığında "Mitsubishi Pajero" markalı avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin AzNews.az-a verdiyi məlumata görə, dərhal hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Yanğının ətrafdakı avtomobillərə yayılmasının qarşısı alınıb. Alovun qarşısı alınsa da, avtomobil yanaraq külə dönüb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın nəticəsində sürücü xəsarət alıb.

İlkin ehtimala görə, yanğının qısaqapanmadan yaranıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az