Soyuducu anbarda ölüm hadisəsi - Şabranda

Siyəzən rayon sakini Şabranda tikinti işləri apararkən yıxalaraq ölüb.

AzNews.az Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 1-də Şabran rayonunun Gəndob kəndində tikilməkdə olan soyuducu anbarda ölümlə nəticələnən hadisə baş verib.

Siyəzən rayon sakini Azər Qürbətov anbarda tikinti işləri apararkən yıxalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az