“Təbrizdəki dostları Xalidə xanıma kömək göstərirdilər…” “Təbrizdəki dostları Xalidə xanıma kömək göstərirdilər…”

Azərbaycanlı alimin İrana getmək səbəbi bəlli oldu

“Təbrizdəki dostları Xalidə xanıma kömək göstərirdilər…”



"Təbrizdə həbs olunan AMEA-nın əməkdaşı Xalidə Xalid 10 ildir ki, artıq həmin şöbədə çalışır və olduqca milli ruhlu bir xanımdır. Hətta Ramil Səfərov Macarıstanda həbsdə olanda onun azad ediləcəyi təqdirdə qurban kəsəcəyini bildirib. Daha sonra Ramil Azərbaycana qaytarıldıqda o, bu niyyətini həyata keçirib".

Bu fikirləri akademiyanın ədəbiyyat inustitunun həmkarlar komitəsinin sədri Asif Rüstəmli bildirib.

Xalidə Xalidin çalışdığı şöbənin müdiri professor Vaqif Arzumanlı isə Xalidə Xalidin Təbrizə üzərində işlədiyi dissertasiyanı tamamlamaq məqsədi ilə getdiyini deyib:

"Bir neçə gün əvvəl mənə dedi ki, dissertasiyası ilə bağlı 500-ə yaxın mənbə əldə edib. Mən onun elmi rəhbəri olduğum üçün bu məsələlərdə mənimlə məsləhətləşirdi. Təbrizdəki dostları bəzi mənbələri əldə etmək üçün Xalidə xanıma kömək göstərirdilər, onun həftə sonu Lənkərandan Təbrizə getməsi də məhz həmin mənbələri əldə etmək məqsədi daşıya bilərdi".

Vaqif Arzumanlı Xalidə Xalidin Təbrizdə saxlanmasının akademiya prezidentinin və hətta ölkə rəhbərinin də diqqətində olduğunu vurğulayıb.

Elnarə
AzNews.az