Dava qız üstündə olub Dava qız üstündə olub

Bakıda ata və oğul fəhləni ölümcül döydü

Dava qız üstündə olub



Bu gün paytaxtın Nəsimi rayonu ərazisində, Möhsün Sənani və Səməd Vurğun küçələrinin kəsişməsində yeni tikilməkdə olan super marketdə fəhlə işləyən gənc işçi ölümcül döyülüb. AzNews.az –a daxil olan məlumata görə, fəhləni döyən tikinti aparılan məhəllənin sakinləri olub.

İnsidentin qız məsələsi ilə əlaqədar yarandığı bildirilir. Məlumata görə, gənc fəhlənin məhəllə sakini olan qıza söz atıb və bundan sonra qızın ailəsi, xüsusən də atası ona hücum edərək, döyməyə başlayıb. Daha sonra insidentə qızın qardaşı da qoşulub.

Fəhlə hadisə yerinə çağırılan təcili tibbi yardımla xəstəxanaya aparılıb. Nəsimi rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları hadisə baş verən əraziyə gələrək fəhləni döyməkdə şübhəli bilinən bir nəfəri aparıblar. İlkin məlumatlara görə, fəhləni döyən şəxslər Rəvan Qarayev və atası Rizvan Qarayev olub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Azər
AzNews.az