Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib

Gəncədə məktəbli bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib




Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, şəhərin orta məktəblərinin birinin 9-cu sinif şagirdi, 1995-ci il təvəllüdlü M. Məmmədzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub. Tibbi yardım nəticəsində məktəblini xilas etmək mümkün olub. Hazırda onun səhhətinin normal olduğu bildirilir.

Polis baş verənlərlə bağlı araşdırma aparan zaman məlum olub ki, məktəbli elə məktəbli yoldaşı tərəfindən bıçaqlanıb. M. Məmmədzadənin 1996-cı il təvəllüdlü Gəncə şəhər sakini C. Kərimov tərəfindən bıçaqlandığı bildirilir. Hadisəni törədən məktəbli Samux rayonunda saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az