Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

Yollarda hərəkət məhdudlaşdırılacaq

Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq



Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Mayın 7-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etmək üçün bu gündən etibarən bir çox ölkələrin nümayəndələri, dövlət başçıları, digər rəsmi, eləcə də tanınmış şəxslərin Azərbaycan paytaxtına səfərləri başlayır.

"Hazırda Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətindən şəhər istiqamətinə qonaqların qarşılanma mərasimi, eləcə də tədbirlərin keçiriləcəyi istiqamətlərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinin, əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, aeroport istiqamətindən şəhər istiqamətinə, yəni - Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin", - Əsədov qeyd edib.

Bundan əlavə, mayın 8-dək davam edəcək forumla əlaqədar paytaxtın Mərdəkan, Buzovna istiqamətində də təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulduğundan qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmək tövsiyə edilir.

AzNews.az