Abşeronda baş verən ağır yol qəzası ilə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi ötən gün Abşeron rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 6-da saat 16.00 radələrində Abşeron rayonu ərazisində Lənkəran şəhər sakini Elvin Qurbanov idarə etdiyi "KamAZ" markalı avtomaşını qarşıda gedən Kürdəmir rayon sakini Natiq Qurbanovun idarə etdiyi "Opel Astra" markalı avtomaşına vurub, sonradan isə avtomaşınlar zəncirvari qaydada Şərur rayon sakini Həsənqulu Nəcəfovun idarə etdiyi "Toyota Prado", Tərtər rayon sakini Sirac Əliyevin idarə etdiyi "Daevoo Nexia", Bakı şəhər sakini Əsəddin Hüseynovun idarə etdiyi "QAZ-330218", İmişli rayon sakini Fərasət Sarxanovun idarə etdiyi "İsuzu", Hökməli qəsəbə sakinləri Fəxrəddin Tağıyevin idarə etdiyi "VAZ-2106", Rəhim Rəhimovun idarə etdiyi "VAZ-2106" və İsmayıllı rayon sakini Elman Abbasovun idarə etdiyi "Opel Astra" markalı avtomaşınlarla toqquşub. Nəticədə xəsarət almış E.Abbasov, N.Qurbanov və F.Sarxanovun sərnişinləri - Sulutəpə qəsəbə sakinləri Eyyubbala Qasımov və Araz İsayev xəstəxanaya yerləşdiriliblər .

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az