“HƏQİQƏTƏN XƏSTƏ OLDUĞU TƏSDİQLƏNƏNDƏN SONRA ONU AZAD ETMİŞDİK” “HƏQİQƏTƏN XƏSTƏ OLDUĞU TƏSDİQLƏNƏNDƏN SONRA ONU AZAD ETMİŞDİK”

Müstəntiq danışdı; təqsirləndirilən şəxs istintaqda niyə infarkt keçirib?

“HƏQİQƏTƏN XƏSTƏ OLDUĞU TƏSDİQLƏNƏNDƏN SONRA ONU AZAD ETMİŞDİK”



Məlum olduğu kimi, 1962-ci il təvəllüdlü Goranboy rayon Alpout kənd sakini Şirnali Məmmədov istintaq altında infarkt keçirərək bir neçə gün sonra dünyasını dəyişib.

Mərhumun yaxınları adı çəkilən ölüm işində Rayon Polis İdarəsinin İstintaq bölməsinin rəisi, polis mayoru Adil Əliyevi ittiham edirlər. Onların fikrincə, İstintaq bölməsinin rəisi mərhumdan pul tələb edibmiş.

Mərhumun yaxın qohumu Kərim Nəbiyevin sözlərinə görə, Ş.Məmmədov barəsində Goranboy rayon polis şöbəsində 263.1və 264-cü maddələri ilə cinayyət işi açılıb. Bununla əlaqədar Ş. Məmmədov mayın 2-də ifadə verərkən polis mayoru Adil Əliyevin iş otağında infrakt keçirib. Hadisə yerinə təcili-tibbi yardım stansiyasının həkimləri cağırılaraq ona tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan ifadəsi alındıqdan sonra evə buraxılıb. Ertəsi gün təkrarən polisə dəvət edilən Ş. Məmmədovun səhhəti yenidən ağırlaşıb və xəstəxanaya aparılıb. Və o, mayın 4-də rayon xəstəxanasında dünyasını dəyişib.

Biz əslində hadisənin hansı şəraitdə baş verməsini araşdırmaq məqsədilə Goranboy Rayon Polis İdarəsinin İstintaq bölməsinin rəisi, polis mayoru Adil Əliyevlə telefon əlaqəsi saxladıq. A.Əliyev AzNews.az-a açıqlamasında barəsində səslənən ittihamlarla razılaşmadığını bildirdi:

"Şirnalı Məmmədovun barəsində ölüm faktı ilə bağlı cinayət işi açılıb. O, bu ilin fevral ayında maşınla cavan bir adamı vurub və hadisə yerindən qaçıb. Axtarıb evindən tapmışıq və həbs eləmişik. Həmin vaxt özünü pis hiss etdiyindən həkim müayinəsindən keçirilib. Həqiqətən xəstə olduğu, hadisədən xeyli əvvəl infarkt keçirdiyi təsdiqlənəndən sonra biz onu azad eləmişdik. Halbuki, hadisə yerindən qaçan şəxs dərhal həbs olunmalıdır. Biz onu məhz xəstəliyi ilə əlaqədar 2 aydan artıq həbs etməmişik. Buna görə zərərçəkən şəxsin yaxınlarının da ittihamları ilə üz-üzə qalmışıq. Günahkar niyə həbs olunmur deyə, şikayət etmədikləri yer qalmamışdı. Hətta Ş.Məmmədov bir neçə adama onu həbs etmədiyim üçün mənə minnətdar olduğunu da demişdi".

Ruhiyyə
AzNews.az