Millət vəkili işdən niyə çıxdı? - AÇIQLAMA

"Öz istəyimlə işdən çıxmaqla bağlı rəhbərliyə müraciət etmışdim"




Bir neçə gün öncə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, millət vəkili Ayaz Orucovun tutduğu vəzifədən azad edildiyi bəradə məlumat vermişdik. Buna səbəb kimi A.Orucovla baş nazirin müavini, "Qacqınkom"un sədri arasında anlaşılmazlıq olduğu göstərilmişdi.

Məsələ ilə bağlı deputatla əlagə saxlanılıb. O, modern.az saytına açıqlamasında qeyd edib ki, səhhəti ilə bağlı müalicəyə ehtiyac var: "Mənim tutduğum vəzifə isə elə bir işdir ki, hər an işinin üstündə olmalısan. Həftədə bir neçe dəfə rayonlara getməli, işə birbaşa nəzarət etməlisən. Buna isə sağlamlığım imkan vermirdi. Ona görə də öz istəyimlə işdən çıxmaqla bağlı rəhbərliyə müraciət etdim. Təşəkkür edirəm ki, mənim müraciətimə müsbət cavab verildi. Burada başqa səbəb olmayıb və bu məsələ barədə yayılmış məlumatlar dogru deyil".

AzNews.az