Baş serjantı maşın vurdu

Bakının Parlament prospektində xidmət keçən Dövlət Yol Polisi İdarəsinin inspektoru, 47 yaşlı baş serjant Oruc Təvəkkül oğlu Tağıyevi maşın vurub.

DYPİ-dən APA-ya verilən məlumata görə, yol polisi əməkdaşını vuran "Kia" avtomobilinin sürücüsünün şəxsiyyəti müəyyənləşməyib. Travmalar alan xəsarət alan O.Tağıyev xəstəxanaya yerləşdirilib. Fakt üzrə təhqiqat aparılır.

AzNews.az