Aslan İsmayılov Vəkillər Kollegiyasından qovulur

Vəkillər Kollegiyası tanınmış vəkil Aslan İsmayılovun kollegiya üzvlüyündən çıxarılması barədə məhkəməyə müraciət edəcək.

Bu barədə məlumatı AzNews.az-a vəkil A.İsmayılovun özü verib. O bildirib ki, bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti onunla bağlı intizam işinə baxıb və belə qərar qəbul edib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının rəyinə görə Aslan İsmayılov vəkil nüfuzuna xələl gətirib. Buna görə də kollegiya rəyasət heyəti onun üzvlükdən xaric edilməsi ilə bağlı şikayətə baxıb.

Anar
AzNews.az