“Nazirin icra başçısına göstəriş vermək səlahiyyəti yoxdur“ - AÇIQLAMA


Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun Lənkərana səfəri zamanı icra başçısı Taleh Qaraşovu danlaması barədə bir sıra mətbuat orqanlarında yayılan xəbərlərə nazirlikdən cavab gəlib.

Bununla bağlı "Qafqazinfo" Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova belə bir şey olmadığını bildirib: "Nazirin elə bir səlahiyyəti yoxdur ki, icra başçısına hansısa bir tapşırıq və ya göstəriş versin. Bu, gülünc doğurur. İkincisi də Lənkəran İH başçısı Taleh Qaraşov keçmiş Komsomol işçisidir və nazirlə də yaxın dostdur. Ona görə də bütün bu deyilənlər cahil insanların yaydığı şayiələrdir".

AzNews.az