Samuxda kütləvi dava: 4 gənc bıçaqlandı

Samuxda gecə klublarının birində qanlı hadisə olub.

Ötən gecə baş verən kütləvi dava nəticəsində 4 nəfər bıçaqlanıb.

Xəsarət almış şəxslər, Goranboy rayon sakinləri - Sahil Abbasov, Məhərrəm Musayev və Ramil Musayev, eləcə də Naftalan sakini Elvin Muradov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədənlərdən birinin kimliyi müəyyənləşdirilib və saxlanılıb. Həmin şəxs Gəncə sakini İlkin Hüseynovdur.

Cinayətin digər iştirakçılarının tutulub istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.//trend//

AzNews.az