Bakıda iki yanğın hadisəsi baş verib Bakıda iki yanğın hadisəsi baş verib

Bakıda yanğın : ölən var

Bakıda iki yanğın hadisəsi baş verib



AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan dörotaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə və hamamın lambirdən ibarət tavanı 9 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı hamamdan ev sahibi H.N.Əfəndiyevin meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda 6 mərtəbəli yaşayış binasının 3 cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan ikiotaqlı mənzilin 1 otağında 2 ədəd döşək yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 19:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az