Sabah yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 11-16, gündüz 20-25 dərəcə isti, bəzi yerlərdə 27 dərəcəyədək isti olacaq.

Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində isə mayın 13-də gündüz hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxaçaq, qısamüddətli yağış yağacaq.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

AzNews.az