Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yaxın vaxtlarda iriçaplı atıcı silahlar üçün döyüş sursatlarının seriyalı istehsalına başlayacaq. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yaxın vaxtlarda iriçaplı atıcı silahlar üçün döyüş sursatlarının seriyalı istehsalına başlayacaq.

Azərbaycan döyüş sursatlarının istehsalına başlayır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yaxın vaxtlarda iriçaplı atıcı silahlar üçün döyüş sursatlarının seriyalı istehsalına başlayacaq.



Bu barədə APA-ya açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Y. Camalovun sözlərinə görə, may ayının sonlarından MSN müəssisələrində 12.7 mm, 14.5 mm, 23 mm və 30 mm çaplı patronların seriyalı istehsalına başlanacaq. Artıq istehsalın təşkili üçün zəruri işlər yekunlaşıb.

Nazir həmçinin Polşa şirkəti ilə birgə MSN-in utilizasiya mərkəzinin inşa edildiyini və fəaliyyətə başladığını vurğulayıb.

AzNews.az