Bu gün Milli Məclisin növbəti iclası keçirilir Bu gün Milli Məclisin növbəti iclası keçirilir

Xocalı abidəsi yenidən qurulacaq

Bu gün Milli Məclisin növbəti iclası keçirilir



Lent.az-ın məlumatına görə, iclasda millət vəkili Fərəc Quliyev Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illiyinin qeyd olunmasını təklif edib.

Fərəc Quliyev beynəlxalq təşkilatların Azərbaycana təzyiqinə də toxunub. Spiker Oqtay Əsədov isə qeyd edib ki, beynəlxalq institutların Azərbaycana təzyiqlərini görürük: "Hansı partiya, müxalifət qəzeti beynəlxalq institutlara müraciət edib?"

Millət vəkili Elman Məmmədov Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin protokola salınmasını təklif edib.

Spiker Oqtay Əsədov bildirib ki, Xocalı soyqırımı abidəsi ilə bağlı böyük layihə var, heykəl dəyişdiriləcək, muzey yaradılacaq: "Gələcəkdə bu abidənin ziyarət edilməsi də protokola salınacaq".

AzNews.az