Abşeronda “PAZ“ markalı avtobus yandı

Abşeronda "PAZ" markalı avtobus yanıb. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərdə deyilir ki, Abşeron şəhərində "Azərkörpü" tikinti idarəsinə məxsus, vətəndaş tərəfindən idarə olunan "PAZ" markalı avtobusun salonu yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az