- Köhnə - Hadisə
- 15 May 2013 13:11
- 2 228
Sürücü öz avtomobilinin altında can verdi
AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istnadən xəbər verir ki, mayın 14-də Nərimanov rayonu Çəmənzəminli küçəsindəki "İnter" adlı avtoservisdə Bakı şəhər sakini Süleyman Şahmurova məxsus "BMW-X5" markalı avtomaşın qaldırıcıdan onun üstünə düşüb.
Nəticədə Şahmurov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az