“Carçı Film”-in sədr müavini İsmayıl Əliyevin ölümü ətrafında müəmma “Carçı Film”-in sədr müavini İsmayıl Əliyevin ölümü ətrafında müəmma

İTV əməkdaşı niyə ölüb: Xərçəng yoxsa, təftiş qorxusu?

“Carçı Film”-in sədr müavini İsmayıl Əliyevin ölümü ətrafında müəmma



Xəbər verdiyimiz kimi, Hesablama Palatası İctimai Televiziya və Radio Yayımları Şirkətində yoxlamalara başlayıb. Yayılan xəbərlərə görə, yoxlamalar zamanı yeyinti faktları aşkarlandığı və bu prosesin sonunda bəzi şəxslərin həbs olunacağı da real görünür.

AzNews.az-a daxil olan xəbərə görə, HP-nın nümayəndələri bu gün "Carçı Film" Yaradıcılıq Birliyini təftiş edib. Nəticədə günün ikinci yarısında "Carçı Film" Yaradıcılıq Birliyinin sədr müavini, İsmayıl Əliyev ürək tutmasından vəfat edib. Sədr müavininin ölümü Hesablama Palatasının "Carçı Film" Yaradıcılıq Birliyində aşkarladığı ciddi maliyyə yeyintiləri ilə əlaqələndirilir.

İ.Əliyevin ölümü "Carçı Film" Yaradıcılıq Birliyindən təsdiqlənib. AzNews.az-a bildirilib ki, İsmayıl Əliyev ürəyi ilə əlaqədar deyil, uzun sürən xəstəlikdən ölüb: "Yazıq 5-6 ay idi xəstə idi. Xərçəng xəstəliyindən əziyyət çəkirdi. Heç işə də çıxmırdı. Mən onun tələbə yoldaşıyam. Onun əməliyyatında da yaxından iştirak etmişəm. Kim deyir axı bunları".

Ruhiyyə
AzNews.az