Masallının icra başçısı Rafil Hüseynov dünən rayonun Türkoba, Şatroba və Qəzvinoba kəndlərinin sakinlərilə görüş keçirib Masallının icra başçısı Rafil Hüseynov dünən rayonun Türkoba, Şatroba və Qəzvinoba kəndlərinin sakinlərilə görüş keçirib

İcra başçısı ilə görüşdə öldü- Masallıda

Masallının icra başçısı Rafil Hüseynov dünən rayonun Türkoba, Şatroba və Qəzvinoba kəndlərinin sakinlərilə görüş keçirib



"Azadlıq"a daxil olan məlumatlara görə, görüşdə sakinlərdən biri dünyasını dəyişib. Bu şəxs Türkoba kənd sakini İsrafil Xəlilovdur. Məlumatı həmin iclasda olan sakinlərdən biri bizimlə söhbətində təsdiqləyib. Bildirib ki, İsrafil Xəlilovun ölümü qəfil baş verib:

"İsrafil Xəlilov Şatroba, Turkoba və Qəzvinoba kəndlərinin icra nümayəndəsi Asif Xəlilovun əmisi oğludur. Amma onların münasibətləri yaxşı deyil. Ümumiyyətlə, bu kəndlərin sakinləri Asif Xəlilovun qanunsuz əməllərindən cana doyublar. Bir neçə gün əvvəl İsrafil Xəlilovun ailə üzvləri icra başçısının qəbuluna getmişdi. İsrafil Xəlilov da buna görə bərk əsəbiləşmişdi. İclasa da əsəbi gəldi. Orda Asif Xəlilovla birgə qanunsuzluq edən Qəzənfər Fəttayevi görüb daha da əsəbiləşib, ürəyi tutub ölüb".

İsrafil Xəlilov dünyasını dəyişəndən dərhal sonra icra başçısı görüşü tərk edib.

Məlumatla bağlı icra başçısının müavini Həsir Muxtarlı ilə əlaqə saxladıq. Lakin o bu barədə məlumatlı olmadığını bildirib.