“Dostlardan xahiş edirik ki, gəlib Milli Qəhrəmanı adına layiq götürsünlər” “Dostlardan xahiş edirik ki, gəlib Milli Qəhrəmanı adına layiq götürsünlər”

Azərbaycanın Milli Qəhrəmanı dünyasını dəyişdi

“Dostlardan xahiş edirik ki, gəlib Milli Qəhrəmanı adına layiq götürsünlər”




Bu gecə Azərbaycan Silahlı Qüvvələrinə ağır itki üz verib. Azərbaycanın Milli Qəhrəmanı, məşhur döyüşçü polkovnik Edlar Ağayev dünyasını dəyişib.

Bu barədə "Qafqazinfo"ya onun müavini və döyüş dostu olmuş Tərlan Eyvazov məlumat verib. Dostu deyib ki, E. Ağayev instruktur kimi xidmət etdiyi Daxişi Qoşunlarda xidmət edirdi. Xidməti tapşırığını yerinə yetirmək üçün Lənkərana səfər edib. Bu gecə ürək tutmasından orada dünyasını dəyişib: "Onun ürəyindən başqa problemi yox idi. İndi biz Təzəpir məscidindəyik. Dostlardan xahiş edirik ki, gəlib Milli Qəhrəmanı adına layiq götürsünlər. Bu bizim üçün böyük faciədir. Eldar Ağayev kimi qəhrəmanı itirmişik".

Qeyd edək ki, Eldar Ağayev 1955-ci il 29 sentyabr Gürcüstan SSR Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. Daha sonra ailəsi Bakıyaköçür. Eldar burada 20 və 134 saylı məktəblərdə təhsil alır. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olur. 1976-cı ildə motoatıcı ixtisası ilə Qusev şəhərində hərbi xidmətə başlayır.

1984-86-cı illərdə Əfqanıstanda motoatıcı bölüyün kəşfiyyat rəisi, sonra isə komandiri olmuşdur. Bacarıqlı komandir olduğunu görən rəhbərlik onun əvvəlcə tank alayınının rəisi, sonra isə Drezden kəşfiyyat taboruna komandir təyin edir. Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdır. O, 1992-ci ildə Milli Ordunun tərkibində "N" saylı alayını yaradır. Daha sonra ikinci taboru yaradır və ona komadirlik edir.

Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılmış və onlarla erməni quldurunu məhv etmişdi. Eldarın yaratdığı tabor 1995-ci il dövlət çevirilişinin qarşısının alınmasında da iştirak etmişdi. Bu taborun 18 əsgər və zabiti "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Politexnik İnstutunda hərbi kafedranın rəisi olmuşdur. 2000-2001-ci illərdə isə BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışmışdır.
Sovetlər birliyi zamanı "Qırmızı Ulduz", "İgidliyə görə" ordenləri ilə təltif olunub. Qarabağ döyüşlərində iştirak etdiyi üçün "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar Əsgər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

AzNews.az