Allahşükür Paşazadə bu gün İrana gedir

QMİ sədri keçirəcəyi görüşlərdə İranda həbsdə olan Azərbaycan vətəndaşlarının azad olunmasını da müzakirə edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün İran İslam Respublikasının paytaxtı Tehrana gedir. QMİ-dən APA-ya verilən məlumata görə, səfər İran prezidenti Mahmud Əhmədinejatın dəvəti ilə baş tutur.

Şeyx İranın ali dini lideri Seyid Əli Xamneyi, İran prezidenti Mahmud Əhmədinejad və digər rəsmi şəxslərlə görüş keçirəcək. Görüş zamanı Şeyx bir sıra məsələlər ilə yanaşı, İranda həbsdə olan azərbaycanlı alim, AMEA-nın əməkdaşı Xalidə Xalidin və onun sürücüsü Şamxal Hüseynovun azad olunmasını da müzakirə edəcək.

AzNews.az