Kanalda batan yeniyetmənin cəsədi tapıldı

Suvarma kanalında batmış uşağın cəsədi tapılıb. Bu barədə AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.

Məlumata görə, 19 may 2013-ci il tarixində Şəmkir rayonu, Kür qəsəbəsi ilə Yeniabad kəndi arasındakı ərazidə suvarma kanalında batmış 2000-ci il təvəllüdlü Elmar Mahir oğlu Həsənovun axtarışları başa çatıb.

E.Həsənovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən batdığı yerdən, təxminən, 80 m aralıda tapılaraq sudan çıxarılıb.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:46-da başa çatıb.

AzNews.az