Ötən gün Quba rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib Ötən gün Quba rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib

Qubanı sel basdı

Ötən gün Quba rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib




APA-nın şimal bürosunun verdiyi məlumata görə, Çiçi kəndində bir neçə kəndarası körpünü sel aparıb. Kənd sakinlərinə məxsus bir neçə yarımtikilini su basıb, kənd sakini Asim Muradova məxsus tövləni sel dağıdıb.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov APA-ya bildirib ki, Ağçayda suyun artması nəticəsində Tülər kənd sakinlərinin evlərinə qayıtmasında müvəqqəti çətinlik yaranıb. Y. Abidovun sözlərinə görə, dəyən ziyanın müəyyənləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Quba Regional Hidrometeorologiya İdarəsindən APA-ya verilən məlumata görə, Vəlvələçay, Nohurdüzü və Cimiçayda suyun səviyyəsi 20-25 sm artıb. Bu da həmin ərazilərdə xüsusi təhlükəli vəziyyət yaradıb. İdarədən verilən məlumata görə, yağıntılı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.

AzNews.az