İki nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 19-da Şəmkir rayonunun Kür qəsəbəsinin ərazisində qəsəbə sakini Elmar Həsənov su kanalına düşərək boğulub.

Digər hadisə isə Bakıda qeydə alınıb. Mayın 14-də Xəzər rayonunun Türkan qəsəbə sakini, azyaşlı Bahar Nəhmətovanın üstünə qaynar su tökülüb. Xəsarətlə xəstəxanaya yerləşdirilən B.Nəhmətova mayın 18-də orada dünyasını dəyişib.

AzNews.az