- Köhnə - Hadisə
- 22 May 2013 07:16
- 1 542
Gecəni bağlı liftdə keçirdi- Bakıda
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər (kişi) köməksiz vəziyyətdə qalıb
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldıraraq qapılarını açıb. Əməliyyat saat 04:22-də başa çatıb.
Elnarə
AzNews.az