Permdə “antiNUR” əməliyyatı: onlara məxsus ticarət mərkəzləri təftiş olunur Permdə “antiNUR” əməliyyatı: onlara məxsus ticarət mərkəzləri təftiş olunur

Rusiyada azərbaycanlı nurçular həbs olundu - TƏFƏRRÜAT

Permdə “antiNUR” əməliyyatı: onlara məxsus ticarət mərkəzləri təftiş olunur



AzNews.az-ın məlumatına görə, Rusiyanın Perm vilayətində arasında azərbaycanlıların da olduğu ehtimal edilən nurçular saxlanılıb. Saxlananlardan 5 nəfərinin həbs olunduğu bildirilir. Axtarış zamanı dini ekstremist qruplaşmaya aid 5860 kitab və broşur da aşkarlanıb.

Bundan başqa Permdə azərbaycanlılar da daxil olmaqla bir çox millətlərin nümayəndələrinin çalışdığı ticarət mərkəzlərində axtarış aparılıb. Məlumatlara görə, bu ticarət obyektlərindən gələn gəlir qadağan olunmuş fəaliyyətin maliyyələşməsinə sərf edilib.

Xatırladaq ki, 2008-ci ildən "Nurçular" Rusiyada ekstremist fəaliyyət elan edilib. Bu barədə qərarı Ali Məhkəmə çıxarıb.

Elnarə Əlosmanqızı
AzNews.az