KXCP-nin Milli Şurayla bağlı təklif etdiyi namizədlər siyahısı “El” hərəkatı tərəfindən kəskin etirazla qarşılanıb KXCP-nin Milli Şurayla bağlı təklif etdiyi namizədlər siyahısı “El” hərəkatı tərəfindən kəskin etirazla qarşılanıb

“İstərdim ki, 50 nəfərin biri də Mirmahmud ağa olsun“

KXCP-nin Milli Şurayla bağlı təklif etdiyi namizədlər siyahısı “El” hərəkatı tərəfindən kəskin etirazla qarşılanıb



Vaxtsız açıqlanan 125 nəfərlik siyahıya sözügedən hərəkatın üzvü Köçəri Nağıbəyli etiraz etdi.

Köçəri Nağıbəyli bununla bağlı AzNews.az-a verdiyi açıqlamada bildirdi ki, Milli Şuranın namizədlərinin siyahısı mayın 28-də - Cümhuriyyət günündə açıqlanacaq:

"Mən çox istərdim ki, Mirmahmud ağa da partiyası ilə birlikdə həmin şurada təmsil olunsun. Müxalifətin hamısının bir arada olması qələbəyə aparan addımdır. Söhbət burada Rüstəm İbrahimbəyov olan şuradan gedir. İdeya ona məxsusdur. Mən bildiyimə görə, Rüstəm bəyin ideyası olan Milli Şurada 125 nəfər olmayacaq. 125 nəfər Milli Şura deyil, artıq alternativ parlamentdi. Milli Şuranın tərkibi haradasa 50-60 nəfərdən ibarət olacaq. Ölkənin tanınmış ziyalıları, gənclər təşkilatı, hüquq müdafiəçiləri, həqiqi müxalifət olan partiya liderləri orada təmsil olunacaq".

M.Mirəlioğlunun Milli Şuranın əsl namizədləri siyahısından kənarda qalması məsələsinə gəlincə, K.Nağıbəyli bildirdi ki, "Mirnahmud ağa milli düşərgənin önəmli şəxslərindən biridir. Hörmətli siyasətçidr. Çox istərdim ki, 50 nəfərin biri də Mirmahmud ağa olsun".

Bahar Rüstəmli
AzNews.az