Bakı Dəmiryol Vağzalındakı yanğın söndürülüb- Fotolar

Bakıda Nəsimi rayonunda yerləşən Dəmiryol Vağzalında yanğın baş verib



Bakıda Nəsimi rayonunda yerləşən "Azərbaycan Dəmir Yolları" QSC-nin Baş İdarəsində baş vermiş yanğın söndürülüb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, yanğın vağzalın zirzəmisində baş verib. İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısa qapanma səbəb olub.

Onun sözlərinə görə, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.
Yanğın zamanı idarənin işçiləri binadan təxliyyə olunublar.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları yanğının qarşısını alıblar.

***17:00

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Azməmmədov Trend-ə bildirib ki, yanğın vağzalın zirzəmisində baş verib. İlkin ehtimala görə, yanğına elektrik xətlərində baş verən qısa qapanma səbəb olub.

Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib.

AzNews.az
image description image description image description image description