Bu gün səhər saat 9.00 radələrindən başlayaraq Xırdalandan Bakı istiqamətindəki yolda nəqliyyatın hərəkəti dayanıb Bu gün səhər saat 9.00 radələrindən başlayaraq Xırdalandan Bakı istiqamətindəki yolda nəqliyyatın hərəkəti dayanıb

Xırdalan–20 Yanvar yolu bağlandı

Bu gün səhər saat 9.00 radələrindən başlayaraq Xırdalandan Bakı istiqamətindəki yolda nəqliyyatın hərəkəti dayanıb




Yaranan uzun tıxaclar nəqliyyat vasitələrinin uzun müddət yolda qalmasına səbəb olub. AzNews.az-ın hazırda həmin istiqamətdə olan əməkdaşının verdiyi məlumata görə, nəqliyyatın hərəkəti tamamilə iflic olub. Çox sayda sərnişin yolda qalaraq çıxılmaz vəziyyətlə üzləşib.

Qeyd edək ki, 20 Yanvar istiqamətinə gələn yolda bu hal dəfələrlə təkrarlanıb. Sərnişinlər tıxac səbəbindən uzun məsafəni piyada qət etmək məcburiyyətində qalıblar.


Azər
AzNews.az