Mayın 23-də Bakında Azadlıq meydanının yaxınlığında flaş-mob keçirmək istəyən bir qrup gənc polis əngəli ilə qarşılaşıb Mayın 23-də Bakında Azadlıq meydanının yaxınlığında flaş-mob keçirmək istəyən bir qrup gənc polis əngəli ilə qarşılaşıb

Polis gənclərin fləş-mobunu dağıtdı- FOTO

Mayın 23-də Bakında Azadlıq meydanının yaxınlığında flaş-mob keçirmək istəyən bir qrup gənc polis əngəli ilə qarşılaşıb



"Youtube" sosial şəbəkəsindəki "Gülüş həftəsi" ilə bağlı flaş-mob çəkdiklərini deyən gənclərə Səbayel Rayon Polis İdarəsini əməkdaşları müdaxilə edib. Əraziyə gələn post-patrul xidmətinin əməkdaşları gəncləri ərazidən uzaqlaşdırıb.

Polis əməkdaşları Musavat.com-a bildiriblər ki, mayın 25-də Bakıda keçiriləcək moto-şou ilə bağlı ərazidə hər hansı icazəsiz aksiya keçirilə bilməz. Onlar bildiriblər ki, sözügedən ərazidə həmin şouya hazırlıq işləri gedir və onlara ərazidə asayişi qorumaq tapşırılıb.

AzNews.az
image description image description