“Bu gün səhər saat 10:50 radələrində Bakıda zəlzələ olmasına dair bəzi KİV-də yayılan məlumatların heç bir əsası yoxdur” “Bu gün səhər saat 10:50 radələrində Bakıda zəlzələ olmasına dair bəzi KİV-də yayılan məlumatların heç bir əsası yoxdur”

Bakıda zəlzələ olmayıb- açıqlama

“Bu gün səhər saat 10:50 radələrində Bakıda zəlzələ olmasına dair bəzi KİV-də yayılan məlumatların heç bir əsası yoxdur”



Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Mərkəz bəyan edir ki, ölkə ərazisində baş verən zəlzələlərə dair məlumatlar ilk olaraq AMEA RSXM-in rəsmi internet saytında - www.seismology.az-da operativ olaraq yerləşdirilir: "Hər birinizdən zəlzələ ilə bağlı məlumatlar yayarkən saytımıza istinad etməyi xahiş edirik. Bildiyiniz kimi, zəlzələ əhali tərəfindən hər zaman həyəcanla qarşılanan təbii fəlakət olduğundan, heç bir əsası olmayan məlumatların yayılması insanların yersiz narahatçılığına səbəb olur. Odur ki, mətbuat nümayəndələrindən peşə borclarını yerinə yetirərkən rəsmi və dəqiq məlumatlara istinad etməsi zəruridir. Qeyri-dəqiq informasiya yayan KİV əhalidə narahatçılıq yaratmaqla yanaşı, həm də öz imiclərinə ziyan gətirmiş olurlar".

AzNewsz.az