- Köhnə - Hadisə
- 27 May 2013 16:17
- 2 101
Ordumuzun əsgəri şəhid olub
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub
APA-nın məlumatına görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Namiq Həmidov düşmən gülləsinə tuş gəlib.
O, hospitala aparılırkən yolda dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, N. Həmidov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
AzNews.az