Rusiya milyarderlərinin ən varlı varislərinin siyahısında dəyişiklik edilib Rusiya milyarderlərinin ən varlı varislərinin siyahısında dəyişiklik edilib

Azərbaycanlı milyarderin varisi tacını təhvil verdi

Rusiya milyarderlərinin ən varlı varislərinin siyahısında dəyişiklik edilib




Belə ki, Leonid Mixelsonun qızı Viktoriya bu titulu azərbaycanlı milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərovdan alıb. Yeni reytinq cədvəlini məşhur "CEO" jurnalı açıqlayıb.

Hazırda 21 yaşı olan Viktoriyanın 13,74 milyard dolları var. Ötən il isə Yusif Ələkbərov 12,03 milyard dollarla siyahıya rəhbərlik edirdi.
Üçüncü yerdə "Maqnit" ticarət şəbəkəsinin sahibi Sergey Qaliçkinin qızı Polina dayanır. Onun 8,26 milyard dolları var.

Ümumiyyətlə reytinq cədvəlinə 88 varisin adı daxil edilib. Siyahı hər bir varisə düşən mirasın dəyəri ilə hesablanıb. Buna görə də əksər milyarderlərin övladları bu siyahıda sonuncu yerləri tutublar. Məsələn, Roman Abramoviç 11,5 milyard dollarla ən varlı 10 nəfər arasına düşsə də, 7 övladı olduğundan varislərə çatan məbləğ azalıb. Buna görə də varlı atanın övladları reytinq cədvəlində 60-66-cı yerləri tutublar.

Rusiyanın ən varlı adamı hesab edilən Əlişir Osmanovun isə ümumiyyətlə övladı olmadığından varisin kim olacağı hələ müəyyənləşməyib.

Elnarə
AzNews.az