Xətai rayonu Nobel prospektində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib Xətai rayonu Nobel prospektində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Bakıda ölümlə nəticələn qəza

Xətai rayonu Nobel prospektində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib



Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 29-da saat 07.50 radələrində Xətai rayonu Nobel prospektində Cəlilabad rayon sakini Arzuman Usubov idarə etdiyi "Opel" markalı avtomaşını yolun kənarındakı divara vurub.

Nəticədə A.Usubovun sərnişini, Cəlilabad rayon sakini Vasif Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət almış özü və digər sərnişini Fəxri Mirzəxanov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az