Çingiz Mövsümov vaxtilə tutdurduğu məhkumlu qonşu kameralarda saxlanılır Çingiz Mövsümov vaxtilə tutdurduğu məhkumlu qonşu kameralarda saxlanılır

Məhbus prokuror təcridxanada öldürülə bilər

Çingiz Mövsümov vaxtilə tutdurduğu məhkumlu qonşu kameralarda saxlanılır




Külli miqdarda rüşvət alma ittihamı ilə həbsdə olan Fizuli prokurorunun səlahiyyətlərini icra etmiş Çingiz Mövsümov ölümlə üz-üzə qalıb. Bu haqda musavat.com-a onun vəkili Kamandar Nəsibov məlumat verib. Vəkil deyib ki, həbsdə olan müvəkkilini bir neçə gün əvvəl Bakı istintaq təcridxanasından Şüvəlan qəsəbəsində yerləşən 3 saylı istintaq təcridxanasına köçürüblər. Vəkilin sözlərinə görə, müvəkkilini öldürmək istəyən adam vaxtilə həbsə aldığı və hazırda həmin təcridxanada saxlanılan şəxsdir.

Məsələnin xronikası belədir: 2009-cu il dekabrın 25-də Füzuli rayonunun Qarabulaq yaşayış massivində Əziz Əliyev adlı şəxs öldürülüb. Bundan sonra qonşuluqda yaşayan Tural Kərimov bir neçə başqa şəxslə yanaşı şübhəli şəxs qismində saxlanıb. Sonradan isə digəriləri azad olunub, T.Kərimova isə Ç.Mövsümovun rəhbərlik etdiyi istintaq qrupu tərəfindən qəsdən adam öldürmə maddəsi ilə ittiham elan olunub. 19 oktyabr 2011-ci ildə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə T.Kərimov 14 il müddətinə azadlıqdan məhrum olunub. Vəkilin sözlərinə görə, məhbus prokurorun həbs etdiyi şəxsin saxlandığı təcridxanaya köçürülməsi qanunsuzluqdur: "Orada saxlama şəraiti dözülməzdir, ən başlıcası isə Çingiz Mövsümovun cinayətə görə həbsə aldığı Tural Kərimov orada saxlanır. Bu şəxsi isə onu öldürəcəyi ilə hədələyir".

Qeyd edək ki, Ç.Mövsümov 2012-ci il iyulun 19-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum olunub. Bu günlərdə isə o, ölkə rəhbərliyinə müraciət edərək 30 il prokurorluq orqanlarından çalışdığını qeyd etməklə əsassız həbs olunduğunu yazıb. Xatırladaq ki, T.Kərimovun yaxınları da dəfələrlə Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyaları keçirərək onun qanunsuz həbs olunduğunu bildiriblər.

AzNews.az