Mikayıl Cabbarov “son zəng”də- FOTOLAR

Bu gün təhsil naziri Mikayıl Cabbarov paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Bağça-Məktəb-Lisey Kompleksində (BMLK) "son zəng" mərasimində iştirak edib.


AzNews.az-ın əməkdaşı xəbər verir ki, nazirlə yanaşı, millət vəkili Adil Əliyev, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov da həmin mərasimdə iştirak edib.

Təhsil naziri "son zəng"də çıxış edərək orta təhsilini başa vuran bütün məzunları təbrik edib və onlara gələcək həyatlarında uğur arzulayıb.

"Son zəng" şagirdlərin çıxışları və bayram proqramı ilə davam edib.

Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description