İqbal Ağazadə ABŞ səfirinin müşaviri ilə görüşdü

Bu gün Ümid partiyasının qərargahında partiyanın sədri, millət vəkili İqbal Ağzadəylə ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri xanım Fanta Orl arasında görüş keçirilib.

Bu barədə AzNews.az-a partiyanın mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi durum, seçkiqabağı vəziyyət və Dağlıq Qarabağ problemi ətrafında müzakirə olub.

Bildirilirdi ki, görüşdə, həmçinin, Azərbaycanın demokratikləşməsi istiqamətində Ümid partiyası ilə səfirlik arasında əməkdaşlıq və 2013-cü il prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Anar
AzNews.az