FHN xilasediciləri bu il suda boğulma ilə üzləşmiş 141 nəfəri xilas ediblər FHN xilasediciləri bu il suda boğulma ilə üzləşmiş 141 nəfəri xilas ediblər

141 nəfər xilas edilib

FHN xilasediciləri bu il suda boğulma ilə üzləşmiş 141 nəfəri xilas ediblər



2013-cü ilin ilk 5 ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən suda boğulma ilə üzləşmiş 141 nəfər xilas edilib.

APA-nın məlumatına görə, bu barədə Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) rəis müavini Bəxtiyar Həsənov bildirib.

B. Həsənovun sözlərinə görə, bu ilin 5 ayı ərzində 11 nəfər suda boğularaq dünyasını dəyişib ki, bunların da hamısı qeyri-çimərlik ərazilərində baş verib.

Rəis müavini xidmətin mövcud 42 məntəqəsinin və 6 mövsümi postunun ölkə ərazisindəki çimərlik sahələrinə tam nəzarət etməyə imkan verdiyini bildirib:

"Mən vətəndaşlara qeyri-çimərlik ərazilərində çimməməyi, sərxoş halda dənizə girməməyi tövsiyə edirəm. Onu da qeyd edim ki, bizim xidmət tərəfindən qeyri-çimərlik sahələrindən istifadə edənlərin, çimərlikləri zibilləyənlərin, sərxoş halda su hövzələrində çimənlərin cərimə olunmaları ilə bağlı təkliflər hazırlanıb. Hesab edirik ki, cərimələrin tətbiqi müsbət təsirini göstərəcək".

AzNews.az