Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağışlar yağacaq Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağışlar yağacaq

Sabah yağış yağacaq

Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağışlar yağacaq




Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi xəbərə görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30
dərəcə isti təşkil edəcək.

İyunun 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 2-də hava gündüz əsasən yağmursuz keçəcək, lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

İyunun 3-də axşam və gecə dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

AzNews.az